AZ

“Sabah” final yolunda ilk addımı atdı

Srağagün kişi basketbolçular arasında ölkə çempionatında yarımfinal mərhələsinə start verilib.

İlk oyunda "Sabah"la "Xırdalan" üz-üzə gəlib. "Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşma son çempionun qələbəsi ilə başa çatıb. Kivon Devenport qələbəyə 24 xalla töhfə verib.
Sabah – Xırdalan 101:85 (30:27, 26:14, 23:19, 22:25)

Bu komandalar arasındakı 2-ci oyun mayın 10-da keçiriləcək. İki matçın yekununda bərabərlik olarsa, üçüncü duel mayın 13-də oynanılacaq. Oyundan sonra "Xırdalan"ın baş məşqçisi Uğur Özdəmirin fikirlərini öyrəndik:

"İlk oyunda müdafiədə və hücumda sadə səhvlərə yol verdik. Xüsusilə birinci hissədə müdafiədə o qədər də sərt oynamağımıza imkan verilmədi. Səhvlərimizdən dərs çıxararaq ikinci oyuna hazırlaşacağıq. Məhz rəqibimizin hücumda çıxışı oyun planımızı pozdu. Pley-offda oynayırıq və məqsədimizə çatmaq üçün hər iki oyunda qalib gələcəyik. Komandadakı hər kəs əməyinin qarşılığını almaq istəyir. Cavab oyunu çox fərqli olacaq. Bizi sevənlər bizə dəstək olmağa davam etsinlər".


Dünən 2-ci yarımfinal seriyasında da ilk oyun keçirilib: NTD-İndiqo – Xəzri 61:63 (16:18, 13:9, 15:21, 17:15)

GÜNAY SÜLEYMANOVA 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
football-plus.az

1Mənbələr