AZ

Doğumu artırmaq üçün nazirlik yaradılacaq – Asiya ölkəsində məcburi addım

Cənubi Koreya Prezidenti Yun Suk Yeol ölkədə aşağı doğum səviyyəsi ilə bağlı problemləri həll etmək üçün ayrıca bir nazirlik yaratmağı planlaşdırdıqlarını bildirib. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, dünyada ən aşağı doğum göstəricilərinin müşahidə olunduğu Cənubi Koreyada demoqrafik problemlər yaranıb. Aşağı doğum nisbətini aradan qaldırmaq üçün bir nazirlik qurmağı planlaşdırdıqlarını ifadə edən Yeol bu məqsədlə qanun layihəsinin parlamentdən keçməsi üçün müxalifətdən dəstək istəyib.

 

Prezident vurğulayıb ki, Koreya dövləti milli fövqəladə hal kimi qiymətləndirilə bilən aşağı doğum səviyyəsini aradan qaldırmaq üçün bütün resurslarını səfərbər edəcək. 


Qeyd edək ki, Cənubi Koreyada hər 1000 nəfərə 0,72 doğum düşür. Koreya bu göstəriciyə görə 2023-cü ildə ən aşağı doğum səviyyəsi olan ölkə ünvanını qazanıb. 
Müqayisə üçün bildirək ki, Azərbaycanda hər 1000 nəfərə 11,7 doğum qeydə alınmışdı.


Vasif


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
1
sfera.az

2Mənbələr