AZ

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib - FOTOLAR

Bu gün atıcılıq üzrə Dünya Kubokunda qadınlar və kişilər arasında tüfəngdən 50 metr məsafəyə 3 mövqe üzrə atəş açma növündə final görüşləri keçirilib. Azərbaycan Atıcılıq Federasiyasından SİA-ya bildiriblər ki, Almaniyanı təmsil edən Anna Yanssen həlledici qarşılaşmada “Tokyo-2020”də olimpiya çempionu olmuş isveçrəli Nina Kristeni üstələyərək qızıl medalın sevincini yaşayıb. Nina Kristen gümüş, Jiayu Han bürünc medalla kifayətlənib.

Mükafatlandırma mərasimindən sonra 3 dəfə dünya çempionu olmuş, 7 dəfə Dünya Kubokunun, 7 dəfə Avropa çempionatının qalibi adını qazanmış Anna Yanssen fikirlərini bölüşüb: “Finaldakı rəqibim Olimpiya çempionu idi. Titullarla zəngin olan çox yaxşı atletdir. Mənim üçün asan olmayacağını bilirdim. Həlledici mərhələdə düşünürdüm ki, olimpiya çempionunu məğlub etmək möhtəşəm olar. Finala bu cür kökləndim və qələbə qazanmağı bacardım. Finala ikimiz qalanda aramızdakı xal fərqi 1,5 idi. Əslində, bu, ciddi fərq deyil. Amma söhbət finaldan gedirsə, böyük üstünlük sayıla bilər. Final atışlarından əvvəl fərqi görəndə qalib gələcəyimi hiss etmişdim. Hələ də “Paris-2024” Olimpiya Oyunlarına lisenziya qazanmamışam. Yarışlar davam edir. Bunu bacaracağıma ümid edirəm”.

Qadınların mübarizəsindən sonra kişi atletlərin yarışı baş tutub.

Çini təmsil edən atletlər qızıl medal uğrunda yarışıblar. Yukun Liu son atışları daha dəqiq yerinə yetirərək həm qalib olub, həm də dünya rekordunu yeniləyib (467.3). Çinli Linshu Du gümüş, fransalı Lukas Bernar Denis Kriz bürünc medal qazanıb.

Yarış başa çatandan sonra Yukun Liu təəssüratlarını dilə gətirib: “Mənim üçün qızıl medal qazanmaq, yaxud dünya rekordunu yeniləmək o qədər də əhəmiyyətli deyil. Ən vacibi nəyə qadir olduğumu göstərmək və görmək idi. Son atışlardakı rəqibim həmyerlim idi. Amma bunun da ciddi önəmi yoxdur. Başqa ölkənin atleti də ola bilərdi. Dediyim kimi, mənim üçün vacib olan potensialımı göstərmək, atışlardan zövq almaq və dostluq ortamından xoşlanmaqdır. Bakıda keçirilən Dünya Kubokunda çinli idmançıların daha çox medal qazanmasının başlıca səbəbi təlim-məşq toplanışları zamanı daha çox əziyyət çəkmələridir. Təlimlərdə qarşımıza müəyyən hədəflər qoyuruq və bu cür yarışlarda həmin nöqtəyə çatmaq üçün səy göstəririk.

Bakıda gördüklərimə gəlincə, paytaxtınızı çox bəyənirəm. İmkan olduqca gəzməyə çıxırıq. Çoxmərtəbəli binalar, işıqlı küçələr, ictimai-iaşə obyektlərinin çoxluğu Bakıya gözəllik verir.

Bakı Atıcılıq Mərkəzi isə sözün bütün mənalarında möhtəşəmdir. Müasir standartlara cavab verir, iştirakçılar üçün hər cür şərait var. Şəxsən bura gələndə zövq alıram”.

Bürünc medalın sahibi fransalı Lukas Bernar Denis Kriz final barədə çıxışında Bakı Atıcılıq Mərkəzinin dünyada ən yaxşı qurğu olduğunu gizlətməyib: “Mənim üçün xoş gündür. Bürünc medalı əla adlandıra bilmərəm. Daha yaxşısını edə bilərdim. Çinli rəqiblərim bu gün sözün hər mənasında möhtəşəm idi. Üçüncü yer uğrunda mübarizədə Finlandiyadan olan atıcı ilə xallarımızın bərabərə qalması, əlavə atışlara ehtiyac duyulması və həmin məqamda üstünlük göstərməyim ümidimi artırmışdı. Lakin artıq gec idi. Çünki çinlilər xal fərqini artırmışdılar. Buradakı atəş meydanları əladır. Fikrimcə, bu, dünyanın ən yaxşı mərkəzidir. Xüsusən final zalından hədsiz zövq alıram. Bu, Azərbaycana dördüncü səfərimdir. Bakıda özümü olduqca rahat hiss edirəm”.

Qeyd edək ki, Dünya Kubokunda 80-dən çox ölkənin 400-dən artıq idmançısı mübarizə aparır. Turnirə mayın 12-də yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
33458
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23982
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18547
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14784
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11585
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11262
Helikopterin qalıqları tapılıb
10832
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7661
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6852
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6272
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5627
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5430
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4545
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4310
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3812
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3257
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2825
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2299
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2129