AZ

Türkiyədə daha bir təyyarə qəzalı eniş etdi: Ön təkəri partladı - FOTO/VİDEO

Antalyada Türkiyənin “Corendon Airlines” şirkətinə məxsus təyyarə qəzalı eniş edib. Belə ki, təyyarənin ön təkəri partlayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi xəbər verib.

Bildirilir ki, hadisə yerli vaxtla saat 11:00-da Köln-Qazipaşa reysini həyata keçirən təyyarədə baş verib.

“Təyyarənin ön dayağı zədələnib. Hava gəmisindən 184 sərnişin və altı ekipaj üzvü olmaqla, ümumilikdə 190 nəfərin təxliyəsi başa çatıb. Sərnişinlərdən xəsarət alan olmayıb. İlkin məlumatlara görə, uçuş-enmə zolağına heç bir ziyan dəyməyib”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, dünən ABŞ-nin “FedEx” yük şirkətinə məxsus “Boeing 767” tipli təyyarə də şassinin açılmaması səbəbindən İstanbul Hava Limanında qəzalı eniş edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
20
Mənbələr
Şərh ()
Bağla