AZ

"Ehtirası gizlətmək lazım deyil, mənim hər addımım puldur..." - Xumar Qədimova

“Mənim hər addımım puldur”.

 

Sfera.az xəbər verir ki, bunu Kult.az-a müsahibəsi zamanı müğənni, bəstəkar, Azərbaycanın Əməkdar artisti Xumar Qədimova deyib.

 

Həmin müsahibəni təqdim edirik:

 

- Xumar xanım, müsahibələrinizin birində demişdiniz ki, “Ehtirası gizlətmək lazım deyil. Mən həm də çox çılğın bir qadınam”. Çılğınlıq deyəndə tam olaraq nəyi nəzərdə tutursunuz?

 

- İlk baxışdan düşünülən heç nəyi. Mənim çılğınlığım sadəcə yaradıcılığımdır. Demişdim ki, mən sevgidə də, dostluqda da, sənətdə də çılğınam. İndi də bu cür düşünürəm və deyirəm.

 

- Sizi həm uğurlu, həm də gözəl qadın hesab etmək olar. Adətən, belə qadınlara münasibət də birmənalı olmur. Gah qısqanırlar, gah da başqa məqsədlə yaxınlaşırlar. Narahat olmursunuz ki?

 

- Əvvəllər aldandığım olub, amma çox sevilən qadın olduğum üçün daha aldadılmıram və bundan da heç bir halda narahat deyiləm.

 

- “Mənim hər addımım puldur” deyirdiniz. Belə çıxır, sizinlə münasibətdə olan şəxs mütləq imkanlı olmalıdır?

 

- Bu barədə bir neçə dəfə danışmışam. Demişdim ki, mən heç bir halda şəxsiyyəti heç nəyə dəyişmərəm. Amma maddi durum da önəmli məsələlərdəndir. Mənim hər addımım puldur. Amma bu sözümü də səhv anlaya bilərlər. Əlavə olaraq bu barədə nəsə danışmaq istəmirəm.

 

- Şou-biznes adamları çox vaxt intriqalarla yadda qalırlar. Amma siz bu məsələdə görünmürsünüz. Niyə qıraqda dayanmısınız?

 

- Qalmaqala ehtiyac duymuram, çünki sənətim var. Davaya ehtiyac duyanlar unudulmaqdan qorxub ortada olanlardır və ya sənətləri yoxdur. Mənim isə belə bir problemim yoxdur.

 

- Məsələn, kimlər?

 

- Ad çəkməyəcəm.


- Məşhur adamların şəxsi həyatı da həmişə maralı olub. Hazırda necə, sevgiliniz varmı?

 

- Xeyr, hazırda sevgilim yoxdur.

 

- Müğənnilər çox vaxt savadsızlığa, kitab oxumamağa görə gündəmə gəlirlər. Amma siz bu məsələdə də seçilirsiniz. Kimləri oxuyursunuz xarici yazarlardan?

 

- Mopassan, Viktor Hüqonun romanlarını, bizdən isə Əbdürrəhim bəy Haqverdiyevin hekayələrini çox sevirəm, lakin hazırda Əziz Nəsin və Oshonu paralel oxuyuram. Çalışıram ki, mütəmadi kitab oxuyum. Düşünürəm ki, bu, hər kəsə vacibdir, xüsusilə də sənət adamlarına.

 

- Azərbaycan ədəbiyyatından sevdiyiniz yazıçılar kimlərdir? Əvvəllər Seymur Baycanı daha çox oxuduğunuzu demişdiniz.

 

- Azərbaycan ədəbiyyatından mahnılarımda mahir şəkildə məhz mən istifadə etmişəm. Oxuduğum mahnıların bir çoxu şairlərimizin yaradıcılığındandır ki, bunu da hər kəs bilir. Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Xəlil Rza, Molla Pənah Vaqif, Əliağa Vahid, Almas İldırım və möhtəşəm Nizami, Nəsimi bəhrələndiyim ustadlardır. Hazırda isə Məhəmmədhüseyn Şəhriyar, Cəfər Cabbarlı, Mirzə Ələkbər Sabir, Aşıq Ələsgər, türk ədəbiyyatından Nəcib Fazıl Qısakürək, Nazim Hikmət deyərdim.

 

- Yaxın vaxtlarda yeni ifa olacaqmı? Məsələn, elə yaradıcılığına müraciət etdiklərinizdən?

 

- Bəli, qeyd edim ki, artıq Yunus Əmrəyə müraciət etmişəm, o da yaradıcılığından bəhrələnəcəyim şəxslər arasındadır.

 

- Xumar xanım, tələbə vaxtı özünüzdən çox böyük müəllimi də sevirdiniz. Necə xatırlayırsınız o müəllimi?

 

- O, hazırda həyatda deyil, vəfat edib. Elə bu yaxınlarda dünyadan köçüb. Xatirələr isə çox kədərlidir. Gəlin, o barədə danışmayaq.

 

- “Bir də gəlməyəcək mənimtək bir qadın” - Yəni necə bir qadın?

 

- Bir cümlə ilə: Gördüyünüz kimi qadın, elə görmədiyiniz kimi də.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
176
28
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close

phrase_var_article.rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44307
Abdullahianın cəsədi tapıldı - FOTO
32747
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27107
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24773
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20153
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17820
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15158
Helikopterin qalıqları tapılıb
11771
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8170
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8061
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6975
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6927
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5918
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5374
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4952
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4461
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965