AZ

"Real" "Bavariya" oyununun hakimi səhv etdiyini etiraf etdi

Bavariya"nın müdafiəçisi Matyus de Lixt Çempionlar Liqasının yarımfinalında "Real"la cavab matçının (1:2) son dəqiqəsində "Bavariya"nın saylmayan qolu haqda danışıb.

Offsideplus.az xəbər verir ki, bu barədə o, "RMC Sport"a açıqlama verib:

“Mən hakimlə danışdım. Biz qaydaları bilirik. Əgər ofsaydın olub-olmadığını dərhal müəyyən edə bilmirsinizsə, oyunu davam etdirməlisiniz. Onun fitinə görə qalmaqal yaşandı. Bu, Xoselunun ikinci qolu kimidir. Demək olar ki, ofsayd idi, amma oyun davam etdi. Daha sonra hakimlər təkrara baxıb, qolu hesabladılar. Təbii ki, “Real”ın qələbəsindən danışmaq həmişə asandır, çünki onlar buna layiq idilər.

Son dəqiqələrdəki o fit böyük səhvdir. Yan xətt hakimi mənə dedi: "Bağışlayın, səhv etdim".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
offsideplus.az

1Mənbələr