AZ

Cavanşir körpüsü sökülə bilər - VİDEO

Ölkəyə dəvət olunan xarici ölkə ekspertləri müvafiq müayinələrdən sonra bildiriblər ki, körpünün dayaqlarında korroziya meydana gəlib.

"Operativ Media" xəbər verir ki, AAYDA-dan "AzTv"yə bildirilib.

Məlumata görə, körpünün sökülməsi və ya qalması ilə bağlı yekun qərar verilməyib, amma körpü hazırda nəqliyyatın hərəkət axınına uyğun gəlmir.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov – Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən uzunluğu 202 m , eni 17 m, 12 aşırımdan ibarət olan Cavanşir yolötürücüsü dəmiryolu vasitəsilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla