AZ

"Apple"in yeni reklamı tənqid olundu

 "Apple" şirkətinin "iPad Pro" üçün çəkdiyi reklam narazılığa səbəb olub.

Bakıvaxtı.az "CNN"ə istinadən bildirir ki, reklamda nəhəng hidravlik presin CRT televizorundan gitaraya qədər onlarla yaradıcı alətləri əzməsi nümayiş olunub. 

Həmin əşyalar içərisində CRT televizoru, boya qutuları, Yer kürəsi, piano, 80-ci illərin "arcade" video oyunu, insan başının heykəltəraşlıq büstü və truba olub. 1972-ci ildə "Sonny & Cher"in ifa etdiyi "All I Ever Need Is You" mahnısının açılış sözləri ilə başlanan reklamda metal plitə aşağı enməyə başlayır. Daha sonra nəhəng hidravlik presdə olan alətlər təxminən 40 saniyə ərzində dramatik şəkildə əzilir.

Əşyalar məhv edildikdən sonra hidravlik pres yenidən qalxmağa başlayır. Dağıntılar yoxa çıxır və alətlərin əvəzinə yeni "iPad Pro" görünür. Bu zaman fonda "İndiyə qədərki ən güclü iPad həm də ən nazikdir" sözləri səsləndirilir. 

Lakin bir çox izləyicilərin yeni reklama münasibəti birmənalı olmayıb. İzləyicilərə görə, yeni reklam insanların indiyə qədər sevindiyi hər şeyi öldürdüyünü nümayiş etdirib və bu, düzgün yanaşma deyil.

Qeyd edək ki, son illər ektronikadan tutmuş şirniyyata qədər hər şeyi sökən hidravlik preslərin videoları çox populyarlaşıb. İddia olunur ki, "Apple" şirkəti bu cür reklam hazırlamaqla, axına qoşulmaq istəyib.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla