AZ

Türkiyəyə gedən ruslaırn sayı niyə azalıb?

2024-cü ilin birinci rübündə Türkiyəyə gedən rusiyalı turistlərin sayının azalmasının səbəbi açıqlanıb. 

"Cebhe.info" xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bu ilin əvvəlindən ölkə vətəndaşlarının xarici səfərləri ilə bağlı məlumatları paylaşıb. 

"TürkRus"-da yer alan xəbərə görə, yanvar-mart dövründə xaricə gedən Rusiya vətəndaşlarının sayı keçən ilin ilk üç ayı ilə müqayisədə 9 faiz artaraq 5,3 milyona çatıb. Turizm məkanları arasında Türkiyə bu dövrdə rus turistlərin ən çox seçdiyi ölkələrdən biridir. 

Digər tərəfdən, rusların marağının azaldığı turizm istiqamətləri arasında yeganə ölkə Türkiyə olub. Türkiyəyə gedən rus turistlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz azalaraq 643 min 800-ə düşüb. 

Bunun əsas səbəbi Türkiyəyə yaşamaqvə işləmək üçün gedənlərin sayının azalmasıdır. 

2024-cü ilin yanvar-mart aylarında Rusiya vətəndaşlarının ən çox səfər etdiyi ölkələr Qazaxıstan, Gürcüstan və Çindir. Turist istiqamətləri arasında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Tayland və Misir siyahının başındadır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla