AZ

Camal Musiala Kilian Mbappeyə “Bayern”i məsləhət görür

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala PSJ-nin fransalı ulduzu, hücumçu Kilian Mbappenin gələcəyi haqda danışıb.

Arena.az xəbər verir ki, almaniyalı futbolçu Fransa yığmasının liderini öz komandasında görmək istədiyini dilə gətirib:

“Hansı komanda Mbappeyə daha çox yaraşır? O, “Bayern”ə gedə bilər. Məndən asılı olsaydı, ona burada – Münhendə vaxt keçirməyi məsləhət görərdim. Belə bir oyunçu istənilən komandanı gücləndirə bilər. Ona görə də o, rəqibləriniz üçün deyil, sizin üçün oynasa, həmişə daha yaxşı olar”, deyə Camal Musiala vurğulayıb.

Xatırladaq ki, Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz futbolçu Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 43 qol vurub, 10 məhsuldar ötürmə verib.

Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 306 oyun, 255 qol, 108 məhsuldar ötürmə.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla