AZ

Gürcüstanda xarici agentlər haqqında qanuna qarşı keçirilən aksiyada iştirak edən 6 nəfər saxlanılıb

 

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları prokurorluq nümayəndələri ilə birlikdə xarici agentlər haqqında qanuna qarşı keçirilən mitinqlər zamanı iğtişaşlar törədən bir neçə nəfəri saxlayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tbilisi Polis İdarəsinin rəisi Sulxan Tamazaşvili jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.

Agentliyin məlumatına görə, ümumilikdə 6 nəfər saxlanılıb.

Onlar Gürcüstanın paytaxtında keçirilən nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etməkdə və başqalarının əmlakına ziyan vurmaqda ittiham olunurlar.

"Daxili İşlər Nazirliyi və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 6 nəfər saxlanılıb", - deyə Tamazaşvili bildirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
operativmm.az

1Mənbələr