AZ

Azərbaycan xalqı iki əsrdə iki dəfə faşizmin belini qırıb

“Bəşəriyyət bu zamana qədər iki cahan savaşına - I və II Dünya müharibələrinə şahidlik edib. Avropa və dünyanın siyasi xəritəsini dəyişdirən I Dünya müharibəsindən 21 il sonra aparıcı geosiyasi qüvvələr - nəhəng dövlətlər yenidən hərb meydanında qarşı-qarşıya gəliblər. 6 il 1 gün davam edən II Dünya müharibəsinin sonucunda dünyada çox ciddi geosiyasi dəyişikliklər baş versə, Avropada və Asiyada bir sıra müstəqil dövlətlər yaradıldılsa, sərhədlər yenidən cızılsa da, nəticə bu cür dəyərləndirilib - faşizm üzərində qələbə”. SİA xəbər verir ki, bu fikirləri YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli bildirib.

N.Qələndərli qeyd edib ki, bəşəriyyətə qarşı potensial təhlükə və real təhdid olaraq göstərilən faşizm üzərində qələbə 9 may tarixi ilə simvollaşdırılır: “Daha dəqiq desək, hər il 9 may - Qələbə Günü kimi qeyd edilir. Üzərindən 79 il keçsə də, tarixi və mənəvi-siyasi məsələlər aktuallığını itirmir, reallıqların mahiyyəti dəyişmir. Bu, ümumi zəfərdir. Yəni faşizm üzərində Qələbə müharibədə iştirak edən bütün xalqların birgə səyinin, əzmkarlığının və fədakarlığının nəticəsidir. Azərbaycan xalqının bu Qələbədə böyük rolu olub - 600 mindən çox soydaşımız Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımız faşizm üzərində qalibiyyətdən 75 il sonra siyasi təqvimə daha bir Qələbə tarixini şərəflə, qürurla, ləyaqətlə və əbədi olaraq həkk etdirib: 8 noyabr - Zəfər Günü. 44 günlük Zəfər triumfu təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”. Bir sözlə, Azərbaycan xalqı iki əsrdə iki dəfə faşizmin belini qırıb – başınızı əzib: XX yüzillikdə Hitler nasizminin, üçüncü minillikdə erməni vandalizminin”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23492
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
19032
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16762
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14597
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11472
Helikopterin qalıqları tapılıb
10116
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7345
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6715
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5563
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5380
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5334
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4215
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4208
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3680
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2956
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
2594
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2188
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
1963
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1866