AZ

Rivaldo Vitor Rokenin “Barselona”dakı durumundan danışdı

“Barselona”nın sabiq yarımmüdafiəçisi Rivaldo gənc braziliyalı hücumçu Vitor Rokenin bu klubun heyətində az oyun vaxtı qazanmasından danışıb.

Arena.az xatırladır ki, futbolçunun agenti hücumçunun daimi əsasda oynamayacağı təqdirdə yayda “Barselona”dan ayrılacağını bildirib.

“Düşünürəm ki, Vitor Rokenin özünü sübut etmək üçün kifayət qədər imkanları yoxdur. Braziliya çempionatında yaxşı çıxış edən futbolçuya çox az dəqiqə vaxt veriblər. O, çox gəncdir, amma öz futbolunu göstərmək üçün lazımi imkanlara malik deyil. O, yaxşı oyunçudur və gələcəyi var. İndi futbolçunun kluba faydası olmayacağına inanıb, transfer axtarışındadırlar”, deyə Rivaldo vurğulayıb.

Xatırladaq ki, “Barselona” Vitor Rokeni “Atletiko Paranaense”dən 40 milyon avro müqabilində transfer edib. Kataloniya nəhəngi Roke ilə müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Barselona” gənc istedadın təzminat haqqını 500 milyon avro məbləğində təyin edib ki, bu da fantastik bir məbləğdir.

Vitor Roke böyük futbola “Amerika Mineyro” və “Kruzeyro”nun futbol məktəblərindən keçərək gəlib. 2022-ci ilin aprelində “Kruzeyro” Rokeni 4,7 milyon avro müqabilində “Atletiko Paranaense”yə transfer edib. Burada Roke səviyyəsini artıraraq, adından söz etdirib.

Bu mövsüm Roke “Barselona”nın heyətində bütün yarışlarda 13 oyuna çıxıb, 2 qol vurub.

Roke klub səviyyəsində hələ qənimət qazanmayıb.

Vitor Roke 2023-cü ilin martında Braziliya millisinin heyətində debüt edib, meydanda 25 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Roke Braziliyanın U-20, U-23 yığmalarında oynayıb. U-20 yığması ilə Roke Cənubiamerikan Çempionatının qalibi olub və həmin yarışın 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 19 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla