Damara daxil edilən stentlər damar divarına yerləşdirilir və çıxarılmır. Stent damara implantasiya edilir və 6 aydan sonra damarın içindəki stent görünməz hala gəlir.
Bu barədə Aztibb.az-a Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
Uzman həkim qeyd edib ki, stenti çıxarmaq mümkün deyil. Damar divarına yerləşdirilən stentin pasiyentə heç bir zərəri yoxdur. Stent hiss edilmir.