Serjik İkinci Qarabağ müharibəsində darmadağın edilən və 4 ildir ki, hələ də özünə gələ bilməyən Ermənistan ordusunun keçmişini yada salaraq "şanlı" xatirələrdən dəm vurub. Sarkisyan növbəti dəfə qələbələri sıralamaq, şanlı ordu qurmaq üçün hər bir ermənin ilk növbədə, daxili laqeydlik, zərərli ümidsizlik və milli potensiala inamsızlığına qalib gəlməsini vacib sayıb.
Sarkisyandan onu devirən xalqa sual: "Nəyə nail oldunuz?" |
Sarkisyan xalqa müraciətində sərsəm fikirlərini davam etdirərək "otuz il əvvəl bizim nəslimiz "Artsax"da (Separatçıların Qarabağa verdikəri qondarma ad-red.) "ermənifobiyaya", "barbarlığa"(?) və Azərbaycanın "təcavüzünə"(?) qarşı mübarizədə qələbə qazandı" deyib.
Azərbaycan xalqının başına Xocalı soyqırımı kimi dəhşətli faciələri gətirərək 20 faiz ərazilərimizi işğal edən keçmiş prezidentin xalqımızı "təcavüz"də, "barbarlıqda" ittiham etməsi absurd və gülünc görünür.
O, revanşist xəyallarından əl çəkmədiyini göstərərək Qarabağı ermənilərin "Vətən"i adlandırıb, guya burada ləyaqətlərini müdafiə etdiklərini söyləyib.
Tural Tağıyev
AzVision.az