Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron Qərb ölkələrini Rusiya və Ukrayna arasında davam edən münaqişədən dərs almağa və daha sərt olmağa çağıracaq. “The Guardian” yazır ki, o, bunu mayın 9-da parlamentdə çıxışı zamanı söyləyəcək.
“Daha sərt dünyada daha sərt mövqe tutmalıyıq. Əgər Putinin qeyri-qanuni işğalı bizə bir şey öyrədirsə, bu, bizim çox az və gec hərəkətlənməyin təcavüzkarı cəsarətləndirməsidir. Bütün bunlardan dərs götürlməməsinə dair çoxlu nümunələr görürəm", - Nəşr Kemeronun hazırladığı nitqdən sitat gətiri.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural