AZ

Qurbanov "gəl", Mahir "baş üstə" dedi - Emreli "Qarabağ"da!

Mahir Emrelinin karyerasına davam edəcəyi klub bəlli olub.

"Football-plus.az" xəbər verir ki, söhbət "Qarabağ"dan gedir.
Belə ki, millimizin hücumçusunun hazırda zədəli olduğu və bu üzdən Zaqreb "Dinamo"sundakı fəaliyyətini "dondurduğu" bəllidi. Bu, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun diqqətindən yayınmayıb. Son vaxtlar dəfələrlə "Qarabağ"dan ayrılan bəzi futbolçuların səhv seçim etməsinə diqqəti yönəldən mütəxəssis  Emrelini yenidən sərəncamında görmək istəyir.

Maraq üçün qeyd edək ki, burda məqsəd Emreliyə "can vermək" və yenidən əvvəlki performansını bərpa etməkdi. Təbii ki, futbolçu bu xəbəri şadyanalıqla qarşılayıb və məmnuniyyətlə təklifi qəbul etdiyini deyib. Onun Misli premyer-liqasının 33-cü turunun "Qarabağ" - "Neftçi (5:0) matçının nəticəsinə görə uşaq kimi sevinməsinin səbəblərindən biri də budu. İndi məsələ "Dinamo" ilə "Qarabağ" arasında danışıqların hansı yöndə irəliləyəcəyindən asılıdı.

Xatırladaq ki, Mahir Xorvatiya çempionatında bu il meydana çıxmayıb. Çünki yanvarın əvvəlində Zaqreb təmsilçisinin heyətində “Roqaşka” ilə yoxlama oyununda sıradan çıxmış, dirsək və bud nahiyəsində ağrıların olduğu bildirilmişdi. O vaxtdan bəri Mahiri "gördüm" deyən yoxdu.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
football-plus.az

1Mənbələr