İmişli Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, tanınmış jurnalist Ruslan Eldaroğlu İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini - Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Ruslan Eldaroğlu daha əvvəl Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının mətbuat katibi vəzifəsində çalışıb.