AZ

Ərdoğan Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbərini qəbul edib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Polşanın dövlət nazirivə Milli Təhlükəsizlik Bürosunun rəhbəri Jacek Sievieranı qəbuledib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, görüşdəölkələr arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi,Ukrayna-Rusiya və İsrail-Fələstin gərginliyindəki son mərhələmüzakirə edilib.

Ərdoğan Türkiyənin NATO-nun Vaşinqton sammitindəngözləntilərinin NATO daxilində tam həmrəyliyi təmin etmək olduğunubildirib.

O, bəyan edib ki, müttəfiqlər bir-birinə, xüsusən də müdafiəsərmayəsi və ticarətində məhdudiyyətlər qoymamalı və NATO-Avropaİttifaqı əməkdaşlığı kontekstində Türkiyəni kənarlaşdırmaqsəylərindən imtina edilməlidir.

Görüşdə prezident Ərdoğanı Milli Təhlükəsizlik Şurasının başkatibi Seyfullah Hacımüftüoğlu, prezidentin kommunikasiyalar üzrədirektoru Fahrettin Altun, prezidentin özəl katibi Həsən Doğan vəprezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə başmüşaviri Akif Çağatay Kılıç müşayiət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
az.trend.az

1Mənbələr