AZ

Azərbaycan səfiri Küveyt mühafəzəsinin qubernatoru ilə görüşüb

Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov əmirliyin Əl-Asima mühafəzəsinin qubernatoru Şeyx Abdullah Salim əl-Əli əl-Sabah ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın krallıqdakı səfirliyinin mətbuat xidməti bildirib.

“Səfir Emil Kərimov Əl-Asima Qubernatoru Şeyx Abdullah Salim əl-Əli əl-Sabah ilə görüşdə ikitərəfli əməkdaşlığa dair müxtəlif məsələləri müzakirə etdi”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, səfir Emil Kərimov 2022-ci ildən Azərbaycanın Küveytdəki diplomatik missiyasına başçılıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
3
report.az

10Mənbələr