AZ

Putin Paşinyana bağlı qapılar arxasında regionda təhlükəsizlik məsələlərini müzakirə etməyi təklif edib

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyana bağlı qapılar arxasında regionda təhlükəsizlik məsələlərini müzakirə etməyi təklif edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremldə keçirilən görüşdə Putin Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin rekord həcmdə artığını söyləyib.

Bundan əlavə, Putin Paşinyanla görüşdə qeyd edib ki, Avrasiya İqtisadi İttifaqında əməkdaşlıq bütün “beşlik” ölkələri, o cümlədən Ermənistan və Rusiya üçün müsbətdir.

Putin Paşinyanı təkcə ticarət dövriyyəsinin artımını deyil, həm regionda təhlükəsizlik məsələlərini müzakirə etməyi, amma bunu mövzunu qapalı rejimdə müzakirə etməyi təklif edib.

Qeyd edək ki, Kremldə Putin-Paşinyan ikitərəfli danışıqları keçirilir. Danışıqlar bu gün Moskvada keçirilən Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının iclası çərçivəsində baş tutub.

***
23:33

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüşün protokol hissəsində Kremlin rəhbəri qeyd edib ki, Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
apa.az

10Mənbələr