AZ

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 101-ə yüksəlib

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 101-ə, itkin düşənlərin sayının isə 128-ə yüksəldiyi açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Açıqlamada daşqınların ölkə tarixinin ən böyük iqlim fəlakətlərindən biri olduğu vurğulanıb və 230 min 500 insanın evini tərk etmək məcburiyyətində qaldığı, ümumilikdə 1,5 milyon insanın təbii fəlakətdən mənfi təsirləndiyi bildirilib.

Ölkədəki iqlim faciəsinin dünyaya bir xəbərdarlıq olduğunu deyən Lula da Silva planetin təhlükəsizliyi üçün tədbir görülməli olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
operativmm.az

1Mənbələr