AZ

Xərçəng əmələ gətirməyə qadir - 5 ət məhsulu


Xərçəng tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir.


“Medicina” xəbər verir ki, britaniyalı dietoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:


“Əslində həyatımız boyu müəyyən qədər kanserogenli qida qəbul etməyimiz mümkündür. Amma əgər rasiondan ət yarımfabrikatlarını, hisə verilmiş ət məhsulu, hazır konserv-sosis, salyami, vetçina, kolbasanı ciddi azaltsaq, xərçəndən qorunmuş olarıq.


Dadı, rəngi süni əlavələrlə dəyişdirilən, saxlanma müddəti artırılan, kimyəvi emaldan keçmiş bütün qidalarda N-nitro maddəklər, azot turşusu duzları yaranır.

Məhz bu maddə ən güclü kanserogen hesab edilir. Yüksək sinir kanserogen siyahısına daxildir: müxtəlif steyklər, burger, dönər, hazır kotletlər və s.
Qırmzı ətyoğun bağırsaq, mədə, mədəaırı vəz, qaraciyər kimi orqanların xərçənginin 70% hallarda səbəbidir.

Amma ətdən tam imtina etmək də olmaz, sadəcə gündə 50-70 qram təmiz ət qızartmadan, suda bişirərək yeyə bilərsiz".

Aygün Musayeva


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
16
medicina.az

10Mənbələr