AZ

Gəncədə üç ayda 22 milyondan çox sərnişin daşınıb

2024-cü ilin yanvar-mart aylarında Gəncə şəhəri üzrə ilkin məlumatlara əsasə nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 22,5 milyon nəfər sərnişin daşınıb. Bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Avtomobil nəqliyyatı sahəsində 1,3 milyon ton yük daşınıb. 2023-cü ilin yanvar-mart aylarına nisbətən sərnişin daşınması 7,6 faiz, yük daşınması isə 7,7 faiz artıb.

İnformasiya və rabitə müəssisələri tərəfindən 2024-cü ilin yanvar-mart aylarında  1,9 milyon manatlıq xidmət göstərilıb. Xidmətlərin 96,8 faizi əhali tərəfindən istehlak olunub.

Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 72,3 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 27,7 faiz təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
2
avtosfer.az

3Mənbələr