AZ

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

Bir neçə gün bundan öncə baş tutmuş hərrac çərçivəsində ABŞ hökuməti hərrac iştirakçılarından birinə Cheyenne adlı superkompüteri satıb. Dünyanın ən güclü superkompüterlərindən birinin əldə edilməsi uğrunda 27 nəfər mübarizə aparıb. Nəticədə sözügedən superkompüteri əldə etmiş şəxsə bu, yarım milyona yaxın vəsaitə başa gəlib. Qeyd etmək lazımdır ki, Cheyenne-nin tərkibinə 2.3 GHz tezlikdə çalışan 8064 ədəd 18 nüvəli Intel Xeon E5-2697 v4 prosessoru daxildir. 1 ədəd Intel Xeon E5-2697 v4 prosessorunun qiyməti 50$ təşkil edir.

Superkompüter özündə 313 TB-lıq RAM-ı birləşdirir və onlar 64 GB-lıq modullara ayrılıblar. Hər bir modulun qiyməti isə 65$ təşkil edir. Məlumata əsasən superkompüter 480 085$-a satılıb. Mütəxəssislər bildiriblər ki, əgər alıcı sözügedən superkompüteri hissələrə ayırıb satmaq qərarına gəlsə, o, ümumilikdə 700 000$ vəsait qazana bilər. Lakin o halda ki, superkompüterin bütün hissələri problemsiz çalışsın. Lakin məhz bu səbəbdən Cheyenne superkompüteri hərraca çıxarılıb.

Məsələ burasındadır ki, superkompüterin daha öncəki sahibləri onun təmirinin yüksək xərcləri səbəbilə superkompüteri satmaq qərarına gəliblər. Qeyd etmək lazımdır ki, fəaliyyətdə olduğu müddətdə bu superkompüterdən ABŞ üzrə bütün alimlər istifadə ediblər. Cheyenne əsasən hava və iqlim tədqiqatlarında yardımçı olurdu. Hərracda satılmış Cheyenne-nin yerinə HP tərəfindən hazırlanan Derecho adlı superkompüter gələcək. Məlumata əsasən hazırlanan bu yeni superkompüterin dəyəri 35-40 milyon dollar təşkil edir.

© technote.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
1
valyuta.az

2Mənbələr