AZ

MAQATE Rusiyanın nüvə təlimləri keçirmək planlarından narahatdır

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Rusiyanın taktiki nüvə silahı ilə hərbi təlimlər keçirmək planlarından narahatdır və vəziyyəti izləyir.

"Operativ Media" xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Qrossi CNN telekanalına açıqlamasında deyib.

"Siz təlimlərin, ola bilsin ki, nüvə silahı ilə bağlı keçirilməsini qeyd etdiniz. MAQATE-nin onlarla bağlı birbaşa öhdəliyi yoxdur. Amma biz, əlbəttə ki, ciddi şəkildə narahatıq. Hesab edirik ki, bu, vəziyyətin ciddiliyini daha da gərginləşdirir", - Qrossi qeyd edib.

Qrossi aydınlaşdırıb ki, MAQATE-nin öhdəlikləri birbaşa agentliyin əməkdaşlarının daimi yerləşdiyi Zaporojye AES-ə aiddir: "Biz Zaporojye AES-də nüvə qəzasının qarşısını almaq üçün müəyyən etdiyimiz bir sıra parametrlərə uyğun olaraq vəziyyəti izləyirik". 

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi məlumat vermişdi ki, Baş Qərargah aviasiya və dəniz qüvvələrinin iştirakı ilə Cənub Hərbi Dairəsinin raket birləşmələri ilə təlimlərin keçirilməsinə hazırlığa başlayıb. Hərbi idarə aydınlaşdırıb ki, təlim zamanı qeyri-strateji nüvə silahlarının hazırlanması və tətbiqi üzrə təcrübə keçmək üçün bir sıra tədbirlər həyata keçiriləcək. Müdafiə Nazirliyi onu da qeyd edib ki, təlimlər digər məsələlərlə yanaşı, ayrı-ayrı Qərb rəsmilərinin təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavabdır. 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
operativmedia.az

1Mənbələr