AZ

“Xarakter göstərdi və PSJ-ni Çempionlar Liqasından uzaqlaşdıra bildi”

Fransa millisinin keçmiş müdafiəçisi Biksant Lizarazyu PSJ-nin Çempionlar Liqasını tərk etməsindən danışıb.

Sportinfo.az “France Football”-a istinadən xəbər verir ki, keçmiş futbolçu, “Borussiya”nın (Dortmund) güclü xarakter göstərdiyini bildirib:

“PSJ-nin bu qarşılaşmada təvazökarlığı yox idi. “Borussiya”nı asan rəqib kimi qəbul edən parislilər finala yüksələcəklərinə əmin idilər.

İlk məğlubiyyətdən sonra Luis Enrike komandasının mütləq qalib gələcəyinə inanırdı. Amma dortmundlular hər iki görüşdə taktiki cəhətdən daha güclü idilər.

Komanda xarakter göstərdi və PSJ-ni Çempionlar Liqasından uzaqlaşdıra bildi”.

İki oyunun nəticəsinə əsasən “Borussiya” ümumi hesabda 2:0 hesabı ilə qalib gələrək, Çempionlar Liqasının finalına yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
sportinfo.az

1Mənbələr