AZ

Sinqapura məxsus “F-16” qəzaya uğrayıb

Sinqapur Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcı təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 8-də Tenqa aviabazasında qeydə alınıb. Bu barədə yerli müdafiə nazirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, uçuş zamanı təyyarədə nasazlıq yaranıb və pilot fövqəladə prosedura uyğun hərəkət edib. Pilot uğurla katapul edə bilib. Ona tibbi yardım göstərilib.

Bildirilir ki, personaldan heç kim xəsarət almayıb.

İnsidentlə bağlı araşdırma aparılır.

 

Namiq Musayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
50
avtosfer.az

10Mənbələr