AZ

Qu quşu yaş yolu çayla qarışdırdı, qəzaya səbəb oldu

İngiltərədə qu quşu yaş yolu çayla qarışdıraraq qəzaya səbəb olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Qu quşu pik saatlarda maşınlara fikir verməyərək, sıx ikili yolda hərəkət edib. Bu zaman quşun arxasınca hərəkət edən iki avtomobil onu vurmamaq üçün bir-birinə çırpılıb. Bir avtomobil yanıb, lakin sərnişinlər oradan çıxa biliblər. Onlar yüngül xəsarətlər alıblar.

Yanğının söndürülməsi üçün avtomobil yolu bağlanmalı olub.

Yusif EYVAZLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
redaktor.az

1Mənbələr