AZ

Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir

"Böyük Britaniya Rusiya xüsusi xidmət orqanlarının fəaliyyəti üçün fövqəladə mürəkkəb mühitdir və əlavə tədbirlər Rusiya təhlükələrinə qarşı dayanıqlığın möhkəmlənməsinə xidmət edəcək..."
 
Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının hərbi attaşesini "qərəzli fəaliyyətinə görə" ölkədən  qovulması barədə elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi nazirliyin rəhbəri Ceyms Kleverlinin bəyanatına istinadən yazıb.
 
Onun sözlərinə görə, rusiyalı məmur diplomat deyil, Rusiya hərbi kəşfiyyatının əməkdaşıdır.
 
Kleverli həmçinin məlumat verib ki, Britaniya Rusiyanın bir sıra daşınmaz əmlak obyektlərindən diplomatik statusu ləğv edir və rusiyalı məmurlar üçün diplomatik vizaların qüvvədə olma müddətlərini məhdudlaşdırır.
 
Kleverli bu gün parlamentdə çıxışı zamanı vurğulayıb ki, Böyük Britaniya artıq "Rusiya xüsusi xidmət orqanlarının fəaliyyəti üçün fövqəladə mürəkkəb mühitdir" və əlavə tədbirlər "Rusiya təhlükələrinə qarşı dayanıqlığın möhkəmlənməsinə xidmət edəcək".
 
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın "adekvat cavab" verəcəyini vəd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
50
moderator.az

10Mənbələr