AZ

“Monako” ÇL-ə vəsiqəni təmin etdi

Fransa çempionatında 32-ci tur yarımçıq oldu. PSJ ilə “Marsel” avrokuboklarda çıxışını davam etdirdiyinə görə yerli futbol qurumu onlara dincəlmək imkanı yaratmışdı.
“Klermon”u darmadağın edən “Monako” ilk “4-lük”də yerini təmin etdi. Bu isə o deməkdi ki, “knyazlar” Çempionlar Liqasının yeni mövsümünün iştirakçıları arasında olacaq. 4-cü yer təsnifat mərhələsinə vəsiqə verir. 2-3-cü yeri tutanlar isə ÇL-in qrupunda yer alacaq.
Turun qalan oyunlarına gəlincə, “Brest” autsayder “Nant” ilə ev oyununda qələbə qazana bilmədi. Avrokuboklara vəsiqəyə can atan “Lans” evdə “Loryan”ı məğlub etdi. “Loryan” ardıcıl 6-cı oyunda qələbəyə həsrət qaldı.
Turnir cədvəlinin ortalarında qərarlaşan iki komandanın - “Tuluza” ilə “Monpelye”nin duelindən qonaqlar qalib ayrıldı. Komandalar oyunu azlıqda başa vurdu. “Monpelye”dən Savanye 65-ci, “Tuluza”dan isə Nikolaysen 83-cü dəqiqədə qovuldu.
Evdə “Strasbur”u məğlub edən “Havr” elitada qalmaq şansını artırdı. Eyni hədəf uğrunda mübarizə aparan “Mets” isə “Renn”ə uduzdu. 32-ci turun daha bir oyunu dünən axşam keçirildi. ???

32-ci tur
Monako – Klermon 4:1
Minamino, 16. Embolo, 37. Ben Yedder, 57; 87 – Çam, 34. (7256)
Monako: Mayetski, Vanderson (Uattara, 65), Sinqo, Kerer, Diatta, Akliuş (Enrike, 90+1), Kamara (Maqassa, 86), Fofana, Minamino (Kulibali, 90+1), Embolo (Baloqun, 65), Ben Yedder.
Brest – Nant 0:0
(15159)
Brest: Bizot, Lala, Şardonne, Brasye, Loko, Lis-Melu (Marten, 28), Maqnetti, Del Kastilyo (Pereyra Laqe, 41), Kamara (Dumbiya, 74), Satriano, Munye (Le Duaron, 74).
Lans – Loryan 2:0
Vai, 57. Koşta, 81. (37569)
Tuluza – Monpelye 1:2
Dallinqa, 34 – Savanye, 27. Fayyad, 81. (24740)
Havr – Strasbur 3:1
Keşta, 24; 65. Ayyu, 90+6 – Jilber, 86. (22293)
Mets – Renn 2:3
Mikautadze, 17. Dyallo, 45 – Quiri, 23. Burijo, 73-p. Kalimuendo, 90+3. (23290)
Lill – Lion ???
“Reyms” – “Marsel”, “Nitsa” – PSJ oyunları təxirə salınıb.
1. PSJ 31 20 10 1 76-29 70
2. Monako 32 18 7 7 62-42 61
3. Brest 32 16 9 7 49-33 57
4. Lill 31 15 10 6 45-27 55
5. Nitsa 31 14 9 8 36-25 51
6. Lans 32 14 7 11 42-34 49
7. Renn 32 12 9 11 51-43 45
8. Marsel 31 11 11 9 47-38 44
9. Lion 31 13 5 13 42-51 44
10. Monpelye (-1) 32 10 11 11 41-44 40
11. Tuluza 32 10 10 12 39-42 40
12. Reyms 31 11 7 13 38-45 40
13. Strasbur 32 9 9 14 35-47 36
14. Nant 32 9 6 17 29-49 33
15. Havr 32 7 11 14 33-42 32
16. Mets 32 8 5 19 34-54 29
17. Loryan 32 6 8 18 37-63 26
18. Klermon 32 5 10 17 26-54 25
Bombardirlər: K.Mbappe (PSJ) – 26, Devid (Lill) - 17, Lakazett (Lion) – 16, Ben Yedder (Monako) – 15.
Növbəti turun oyunları mayın 10-12-si aralığında keçiriləcək: Brest – Reyms, Nitsa – Havr, Klermon – Lion, Marsel – Loryan, Monpelye – Monako, Nant – Lill, PSJ – Tuluza, Renn – Lans, Strasbur – Mets.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
football-plus.az

1Mənbələr