AZ

“TikTok” ABŞ hökumətini məhkəməyə verdi

Bakı. Trend:

ABŞ hökumətinin qəbul etdiyi yeni qərara görə, Çinin “ByteDance”holdinq kompaniyası “TikTok”u satışa çıxarmalıdır, əks halda, butətbiqin Birləşmiş Ştatlarda istifadəsinə qadağa tətbiq ediləcək.Kompaniya hesab edir ki, bu qərar söz azadlığının pozulmasıdır vəÇin iqtisadiyyatına ziyan vurur.

Trend xarici mediaya istinadən xəbər verir ki, kompaniyaamerikalı istifadəçilərin Çindəki serverdən ayrılmasına 1,5 milyarddollar xərcləməyə hazırdır, hətta ABŞ-nin “Oracle” şirkətininonlara nəzarət etməsinə razı olub.

“ByteDance” holdinq kompaniyası bildirir ki, ABŞ-nin tətbiqetdiyi qadağa “TikTok”u proqram şifrinin “milyonlarla sətrini” yenisahibinə təhvil verməyə məcbur edəcək.

Konqresin də təsdiq etdiyi bu qanun “TikTok”un 2025-ci ilyanvarın 19-dək faktiki bağlanmasına səbəb olacaq və onun 170milyon amerikalı istifadəçisini səs hüququndan məhrum edəcək. Beləki, platforma başqa resurslarda həyata keçirilməsi mümkün olmayansəviyyədə özünüifadə və ünsiyyət imkanları təqdim edir.

Bundan sonra “TikTok”un iddialarının nə dərəcədə əsaslı olduğunuvə sözügedən qanunun söz azadlığına, habelə ABŞ Konstitusiyasınauyğunluğu məsələsini məhkəmə həll edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
8
az.trend.az

10Mənbələr