AZ

Şolts: NATO Şərq cinahını gücləndirməlidir

NATO şərq cinahını gücləndirmək niyyətindədir ki, Rusiya onun üzvlərinin birliyini heç vaxt sınamasın. 

"Operativ Media" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib. 

"Biz Avropa istiqamətini müdafiə və çəkindirmə baxımından ardıcıl olaraq gücləndirməliyik", - o, Finlandiya prezidenti Alexander Stubb ilə birgə mətbuat konfransında bildirib.

"Biz ittifaq ərazisinin hər kvadrat santimetrini müdafiə edəcəyik", - Şolts əlavə edib.

Onun sözlərinə görə, NATO şərq cinahını daha da gücləndirmək niyyətindədir: "Məqsəd aydındır: Rusiya heç vaxt sərhədlərimizi və birliyimizi sınamağa cəhd etməməlidir". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
operativmedia.az

1Mənbələr