AZ

Dünya Olimpiya Təsnifat turnirində ilk rəqiblər bəlli oldu

Dünya Olimpiya Təsnifat turnirində iştirak edəcək Azərbaycanın yunan-roma və qadın güləşçilərinin rəqibləri bəlli olub.

Arena.az bu barədə Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir.

Mayın 9-da Türkiyənin İstanbul şəhərində start veriləcək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan son yarışın püşkatma mərasimi bu gün baş tutub.

Qeyd edək ki, yarış mayın 12-nə qədər davam edəcək.

Yunan-Roma güləşi

60 kq
Təsnifat mərhələsi
Murad Məmmədov – Aleksandrs Yurkyans (Latviya)

87 kq
Təsnifat mərhələsi
Rafiq Hüseynov – İlyas Paqkalidis (Yunanıstan)

97 kq
Təsnifat mərhələsi
Murad Əhmədiyev – Riçard Karelson (Estoniya)

130 kq
Təsnifat mərhələsi
Sabah Şəriəti – Nikolaos Ntunyas (Yunanıstan)

Qadın güləşi

50 kq
1/8 final
Mariya Stadnik – Menq Hsieh (Çin Taypeyi) / Aintzane Qoni (İspaniya)

53 kq
Təsnifat mərhələsi
Gültəkin Şirinova – Laura Avila (Kuba)

57 kq
Təsnifat mərhələsi
Alyona Kolesnik – Ramona Qalambos (Macarıstan)

62 kq
Təsnifat mərhələsi
Ruzanna Məmmədova – Anastasiya Qriqoryeva (Latviya)

68 kq
Təsnifat mərhələsi
Elis Manolova – Nikol Parrado (Kolumbiya)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
4
Mənbələr
Şərh ()
Bağla