AZ

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Uberin (UBER) rüblük zərərini açıqlayıb. 

Valyuta.Az-ın verdiyu xəbərə görə, nəticələrə gözləniləndən daha pis olduğu üçün, birjada şirkətin səhmləri kəskin ucuzlaşıb.

Belə ki, bu gün Uber ilk rüb üçün hər səhmə 0,32 $ zərər açıqladı. Bu nəticə, maliyyə analitiklərinin hər səhm başına 0,22 dollarlıq mənfəət proqnozundan 0,54 dollar aşağı qalıb. Bununla belə, şirkətin rüblük gəliri 10,13 milyard dollar olaraq gerçəkləşibi və bu rəqəm proqnozlaşdırılan 10,09 milyard dollardan yüksək olub.

Bu səbəbdəbdən də Uber səhmlərinin qiyməti bu gün birja öncəsi ticarətdə 7% -dən çox düşüb. Hazırda, bu xəbər dərc olunan anda, birjada Uber səhmləri 65,05 dollar civarında qiymətləndirilir.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
valyuta.az

1Mənbələr