AZ

Bakıda iranlının narkokuryerləri tutuldu

Bakı. Trend:

Narkotikləri Bakıda müxtəlif ünvanlara yerləşdirərək, bu barədəİran vətəndaşına məlumat verməli olan kuryerlər saxlanılıblar.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.

Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsininəməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısınınalınması məqsədilə növbəti əməliyyat keçirib.

Tədbir zamanı Məhəmməd Kərimov və tanışı əvvəllər məhkum olunmuşMirdamət Ağayev saxlanılıblar. Onlardan tərkibi psixotropmaddələrlə zənginləşdirilən 15 kiloqram narkotik vasitə marixuanaaşkarlanıb.

M.Kərimov və M.Ağayev narkotikləri sosial şəbəkələrdə tanışolduqları İran vətəndaşı “Əli” adlı şəxsin göstərişi ilə Qaradağrayonu ərazisindən əldə etdiklərini bildiriblər.

Saxlanılanlar narkotikləri pul qarşılığında paytaxt ərazisindəmüxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirəməlumat verməli imişlər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
21
az.trend.az

10Mənbələr