AZ

ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Ednews ASK-ya istinadən xəbər verir ki, memorandumu Assosiasiyanın İdarə Heyətinin üzvü Kiril Jelyazkov və konfederasiyanın prezidenti Məmməd Musayev imzalayıblar.

Sənədə əsasən, iqtisadi əlaqələrin genişləndirilməsi üçün qurumlar arasında birgə əməkdaşlıq, hər iki ölkədə mövcud olan investisiya layihələri, təlimlər, biznes missiyalar, sərgilər və s. haqqında məlumatlar bölüşüləcək, biznes səfərlər təşkil ediləcək.

Həmçinin, qarşılıqlı maraq doğuran layihələrin birgə işlənməsi həyata keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
3
ednews.net

10Mənbələr