AZ

Avropa Parlamenti rüşvətə, korrupsiyaya batmış bir qurumdur-Sultan Zahidov- ÖZƏL

"Avropa Parlamenti bütün məsələlərdə həm üzv, həm də üzv olmayan ölkələri günahlandırır, tənqid edir. Həmin ölkələrdə insan hüquqlarının, demokratiyanın inkişaf etmədiyini qeyd edir". 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Amma digər tərəfdən Parlamentin bir çox üzvü bu günə qədər müxtəlif növ rüşvət , cinayət, çirkli pulların yuyulması qalmaqallarında iştirak etmişlər. 2022-ci ildə başlayan və bu günə kimi davam edən Qətər-Qeyt skandalını buna misal çəkə bilərik. Həmin vaxt məlum olmuşdur ki, Avropa Parlamentinin bir sıra üzvləri, o cümlədən Parlamentin yunanıstanlı vitse spikeri Eva Kaili, italiyalı parlamentari Antonio Panzeri və digərləri Qətər, Mavritaniya, Mərakeş kimi ölkələrdən rüşvət almış və bu rüşvətin müqavilində Avropa Parlamentində həmin ölkələrin lehinə səs verilməsini təmin etmişlər. Bütün bunlar sonradan Yunanıstan, Belçika və İtaliya hüquq mühafizə orqanlarının araşdırması nəticəsində həmin parlamentarilərdən təxminən 1.5 milyon avroya yaxın pul tapılmışdır. Bütün bunlar onu göstərir ki, Avropa Parlamenti heç də şəffaf deyil və rüşvətə, korrupsiyaya batmış bir qurumdur. Belə bir qurumun sözsüz ki, digər ölkələri cinayətlərdə tənqid etməyə haqqı yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
olaylar.az

1Mənbələr