AZ

“Uşaqlarınızı təhlükəyə atmayın”- həkim-pediatrdan çağırış

 

“Dönər və ümumiyyətlə fast food yeməməliyik. Bu cür qidalar sağlamlıq üçün ciddi fəsadlar törədir”.


Missiya.Az xəbər verir ki, bu barədə tanınmış həkim-pediatr Vaqif Qarayev deyib. 


O, bildirib ki, bu qidaların zərərli təsirləri ilə, xüsusilə zəhərlənmələrlə bağlı dəfələrlə bizə müraciətlər daxil olub:


“İllərdir insanlar, uşaqlı-böyüklü zəhərlənirlər, rəsmi qurumlar isə zəhərlənməni inkar edir. Təbii ki, qəpik-quruş qiyməti olan dönərdən zəhərlənmə ehtimalı yüksəkdir. Xüsusilə valideynlər diqqətli olmalı və fast food məhsullarının zərərləri ilə bağlı məlumatlı olmalı və uşaqlarını təhlükəyə atmamalıdırlar”. 


Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
missiya.az

1Mənbələr