AZ

Paşinyan Tavuş sərhəd dirəklərinə ölkəsinin “Təhlükəsizlik təminatı” dedi...

Image

Elşən Mustafayev: “Paşinyan da bu fikirləri ilə demək istəyir ki, sərhədlər qarşılıqlı razılaşma ilə, sənədlərə istinad olunmaqla müəyyənləşdirilməyəcəksə, o zaman Azərbaycan bunu  başqa üsullarla edəcək”

“Tavuşda sərhəd dirəkləri Ermənistanın təhlükəsizliyinin təminatıdır”. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

"Ermənistanda bu gün baş verənlər təhlükəsizlik təminatının yaradılmasıdır, çünki əvvəlki təminatlar işə yaramadı", - o deyib.

Paşinyan bu təminatların gücləndirilməsi və sərhədyanı dirəklərin sayının artırılması üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.

Qeyd edilib ki, iki dövlətin ekspert qruplarının işi davam edir.

Paşinyan deyir ki, sərhəddə dirəklərin quraşdırılması Ermənistanın təhlükəsizliyinə təminatın yaradılmasıdır. 

Paşinyan bu sözlərlə nə demək istəyir? Bəyəm indiyə qədər Ermənistanın təhlükəsizliyinə təminat yox idimi?

“Görünür, birtərəfli fikri ilə  indiki etapda onun əsas məqsədi narazı olan insanları sakitləşdirmək və müxalifətin tərəfində olmamağı təmin etməkdir” 

Beynəlxalq məsələlər üzrə ekspert  Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Nikol Paşinyanın mətbuat kofrasında dediyi “Sərhəd dirəklərinin quraşdırılması Ermənistanın təhlükəsizliyinə zəmanətdir”  ifadəsi müxtəlif istiqamətlərdən şərh edilə bilər. “Ümumilikdə, indiki durumda Paşinyanın vəziyyətini nəzərə almaqla biz bunu normal fikir kimi qəbul edə bilərik. Amma bəzi nüansları da nəzərə almalıyıq. Ermənistan ərazisində Azərbaycanın 8 kəndinin işğalda oduğunu Paşinyan da, dünya da qəbul edir. İlk etapda bu kəndlər, xüsusilə anklav olmayanlar dinc yolla qaytarılmayacaqsa o zaman Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün güc tətbiq etmək hüququ var”-deyə bildirən E.Mustafayev qeyd etdi ki, hazırda Ermənistanda 4 kəndimizin qaytarlması ilə bağılı qərara etiraz edənlər var və əhalini etimadsızlığa  səsləməklə Paşinyan hakimiyyətinə qarşı çıxmağa çağırırlar. “Paşinyan da bu fikirləri ilə demək istəyir ki, sərhədlər qarşılıqlı razılaşma ilə, sənədlərə istinad olunmaqla müəyyənləşdirilməyəcəksə o zaman Azərbaycan bunu  başqa üsullarla edəcək. Əslində Azərbaycan da öz növbəsində mütəmadi olaraq bildirir ki, sərhədlərin delimatisayası, demarkasiyası olmayana, Ermənistan və Azərbaycan bir-biriinə ərazi iddialarının olmaması ilə bağlı beynəlxalq hüquqi öhdəliklər götürməyənə, nəhayət iki ölkə arasında sülh müqaviləsi bağlanmayana qədər bizim ərazi bütövlüyümüzə təhdid qalacaq. Yəni sərhəd dirəklərinin basdırılması hər iki dövlətin razılaşması ilə baş verirsə və bütün sərhəd boyu davam edib yekunlaşacaqsa, bu hər iki dövlətin təhlükəsizliyinə təminat olacaq. Hesab edirəm ki, Paşinyan fikirlərini belə ifadə etsə idi daha dəqiq olardı. Yoxsa belə görünür ki, təhlükəsiliyə təhdid yalnız Azərbaycan tərəfindən ola bilər. Görünür, birtərəfli fikri ilə   indiki etapda onun əsas məqsədi narazı olan insanları sakitləşdirmək və müxalifətin tərəfində olmamağı təmin etməkdir”-deyə E.Mustafayev qeyd etdi.

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
baki-xeber.com

1Mənbələr