AZ

"Rəfahda beynəlxalq humanitar hüquqa riayət edilməlidir"- Rusiya

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücumları ilə bağlı beynəlxalq humanitar hüquqa riayət edilməli olduğunu bildirib.

Missiya.Az xəbər verir ki, Mariya Zaxarova bu barədə paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında danışıb.

"Rəfahda təxminən 1,5 milyon fələstinli var. Bu kontekstdə beynəlxalq humanitar qanuna əsasən müddəalara əməl olunmasını istəyirik",-deyə o qeyd edib.

O, İsrail və HƏMAS arasında əsir mübadiləsi ilə bağlı bir neçə dəfə danışıqlar aparıldığını, lakin bu danışıqlarda heç bir nəticə əldə olunmadığına diqqət çəkib.

Leyla SƏMƏNDƏR
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
missiya.az

1Mənbələr