AZ

Ukrayna da məhbusları orduya cəlb edəcək - İstisna hallar var

Ukrayna Ali Radası bəzi kateqoriyalı məhbusların Ukrayna Silahlı Qüvvələrinin sıralarına səfərbər olunmasına icazə verib. 

“AzPolitika”xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak məlumat verib.

O, qeyd edib ki, Ukraynanın müdafiəsində bilavasitə iştirakı qarşılığında cəza çəkən şəxslərin şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qanuna 279 xalq deputatı səs verib. Lakin qanuna əsasən, ağır cinayətlərə, xüsusən də qəsdən adam öldürməyə, zorlamaya, cinsi zorakılığa görə məhkum olunmuşlar, habelə milli təhlükəsizliyin əsasları əleyhinə olan cinayətlərə görə cəza almış şəxslər səfərbər edilə bilməz.

Xatırladaq ki, Rusiya hələ müharibənin ilk vaxtlarından məhbuslardan ibarət hərbi birləşmələr yaratmağa başlayıb.

“AzPolitika.info” 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
azpolitika.info

1Mənbələr