AZ

Mbappe: “Mən hara, Bolt hara...”

PSJ-nin və Fransa yığmasının ulduzu Kilian Mbappe belə hesab edir ki, əfsanəvi yüngül atlet Useyn Boltu 100 metrə qaçışda qabaqlaya bilməzdi.

Xatırladaq ki, Bolt bir müddət əvvəl Mbappe ilə yarışmaq istəyini mediaya açıqlayıb:

“Belə bir adamı ruhlandırmağım çox xoşdu. O da hər kəsi ruhlandırıb. Yalnız onu deyə bilərəm ki, bu qarşılıqdı, o mənə heyranlıq duymamış mən də eyni hissləri yaşamışam. Qaçış! Mənim şansım yoxdu”.

Xatırladaq ki, Bolt karyerası boyunca 8 dünya rekordu müəyyənləşdirib. O, ardıcıl üç Olimpiadada (Pekin-2008, London-2012, Rio-de-Janeyro-2016) 100 və 200 metrə qaçışda qələbə qazanan yeganə idmançıdı. Useyn hələ də 100 (9,58 saniyə) və 200 metrə (19,19 saniyə) qaçışda, həmçinin Yamayka yığmasının heyətində 4X100 metrə estafet yarışında dünya rekordunun sahibidi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
football-plus.az

1Mənbələr