AZ

"Qalatasaray" "Çelsi" ilə anlaşdı: Onu aldı

"Qalatasaray" "Çelsi"dən icarə əsasında heyətinə qatdığı Hakim Ziyeş barədə qərar verib.

Publika.az xəbər verir ki, İstanbul klubu futbolçunun müqaviləsindəki satınalma bəndini aktivləşdirib. London klubu müqaviləni təsdiq edən sənədi İstanbula göndərib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

31 yaşlı mərakeşli ötən ilin avqustundan "Qalatasaray"da icarə əsasında çıxış edir. O, komandanın heyətində 21 oyun keçirib, 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

"Çelsi" Ziyeşi 2020-ci ilin yayında "Ayaks"dan 40 milyon avroya alıb. Futbolçu London klubunda 107 oyun keçirib, 14 qol vurub və 13 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
publika.az

1Mənbələr