AZ

Avtosfer.az DYP ilə birgə Binəqədidəki piyadavurma hadisəsini araşdırdı - VİDEOREPORTAJ

Mayın 6-sı, saat 16:20 radələrində paytaxtın Binəqədi rayonu Cəfər Xəndan küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, 77-XU-202 dövlət nömrə nişanlı, "Toyota Prius" markalı avtomobilin sürücüsü 1984-cü ilə təvəllüdlü Həsənov Orxan Aydın oğlu piyada keçidindən yolu keçməkdə olan 1953-cü il təvəllüdlü Həsənova Xoşqədəm Niftalı qızını vurub. Hadisə nəticəsində piyada ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, həyatını itirib.

Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli ilə birlikdə hadisə yerində olub və müşahidələr aparıb.

Hadisənin baş vermə səbəbləri, ərazinin təhlili göstərir ki, sürücülər iki svetafor arasında sürət həddinə riayət etmir və piyada keçidinə çatdıqda sürəti azaltmırlar.

Elməddin Muradlı qeyd edib ki, bu cür hadisələr əsas səbəb sürücülərin tələsməsi, yaxud sükan arxasında mobil telefon və digər işlərlə məşöul olmasıdır. Həmçinin ərazidə olan piyada keçidi nişanlarından birinin önünü “MedEra” hospitalının plakatı kəsir və sürücülərin görünüşünü məhdudlaşdırır.

DYP rəsmisi isə bildirib ki, sürücülər yollarda diqqətli olmalı, qaydalara riayət etməlidirlər. Əks təqdirdə bu cür acı nəticələr qeydə alınır.

Ətraflı videomaterialda:

Orxan Əli

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
avtosfer.az

1Mənbələr