AZ

Rusiya Bayramov- Mirzoyan görüşünü dəstəkləyir – Zaxarovadan açıqlama

“Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da Qazaxıstanda keçiriləcək görüşünü alqışlayır”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya rəsmisinin sözlərinə görə, Moskva Azərbaycan -Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində irəliləyişin qeydə alınmasına yönəlmiş dəstəyi davam etdirməyə hazırdır.

Qeyd edək ki, nazirlər Almatıda görüşəcəklər. Bayramov və Mirzoyan iki ay əvvəl Almaniyada təxminən yarım illik fasilədən sonra sülh danışıqlarını bərpa ediblər. Berlindəki iki günlük müzakirələrdən sonra Bakı və İrəvan nəzərəçarpacaq irəliləyiş barədə açıqlama vermədilər.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
azpolitika.info

1Mənbələr