AZ

Azərbaycanla Bolqarıstan arasında etibarlı strateji tərəfdaşlıq inkişaf edir – Dimitar Bratanov (FOTO)

Bakı. Trend:

Azərbaycanla Bolqarıstan arasında təməli hələ Azərbaycanınümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş etibarlıstrateji tərəfdaşlıq inkişaf edir.

ğTrend məlumat verir ki, bunu Bolqarıstan-Azərbaycan Ticarət vəSənaye Palatasının sədri Dimitar Bratanov Azərbaycan və Bolqarıstanşirkətlərinin iştirakı ilə “dəyirmi masa”da deyib.

Onun sözlərinə görə, münasibətlər yalnız enerji sahəsində deyil,yüksələn xətlə inkişaf edir.

“Azərbaycanda 15 Bolqarıstan şirkəti fəaliyyət göstərir, lakinəməkdaşlıq üçün hələ çox imkanlar və sahələr mövcuddur. BizAzərbaycanın simasında möhkəm etibarlı dost görürük vəmünasibətlərimizin gələcəyinə inanırıq”, - deyə Bratanov qeydedib.

Qeyd edək ki, Bakıda Azərbaycanda İxracın və İnvestisiyalarınTəşviqi Fondu (AZPROMO) və İqtisadiyyat Nazirliyinin təşkilatçılığıilə Azərbaycan-Bolqarıstan biznes-forumu öz işinə başlayıb. ForumdaBolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri DimitarBratanov və AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədiroviştirak edirlər.

Bundan başqa, forumda rəsmi şəxslər və xüsusilə sənaye,nəqliyyat, logistika, kənd təsərrüfatı, İKT, həmçinin, neft-qaz,tikinti, mühəndislik, mebel, sığorta, konsaltinq və ticarətsahələrini təmsil edən 120-yə yaxın iş adamı iştirak edir.

Azərbaycanla
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
1
az.trend.az

2Mənbələr