AZ

"Greencard" qalibləri başlanğıcda kuryer ofisiant kimi ağır işlərdə çalışırlar" - 2021-ci il qalibi

Yaxın günlərdə "Greencard" nəticələri açıqlandı. "Greencard" ABŞ-də işləmək və yaşamaq üçün verilən sənəddir.

2021-ci il "Greencard" qalibi Vüqar Məmmədli(ad şərtidir) BiG.AZ-a bildirib ki, "Greencard" qalibi olmaq ABŞ-yə gedən kimi işlə təmin olunmaq demək deyil. 1- 2 , bəzən 2-3 ay iş tapmamaq ehtimalınız var. Bu zaman dilimində ehtiyaclarınızı ödəmək üçün pulunuz olmalıdır. Başlanğıcda insanlar kuryer, ofisiant kimi ağır işlərdən başlayır. Daha sonra daha yaxşı işlərə keçir və ya öz işini qururlar:

"Nəzərə almaq lazımdır ki, Amerikaya gedən kimi sizi işlə təmin etməyəcəklər. "Greencard" sadəcə sizə ABŞ vətəndaşı kimi işləmək və yaşamaq icazəsi verir. İş, qalacaq yer tapmaq insanın özündən asılıdır. 1- 2 , bəzən 2-3 ay iş tapmamaq ehtimalınız var. Bu zaman dilimində ehtiyaclarınızı ödəmək üçün pulunuz olmalıdır. Kimisi üçün bu məbləğ 10 min, kimisi üçün 20 min ola bilər. Bütün aviabiletlər,peyvəndə olan xərclər burada ödənilir. Bank hesabında pul "Greencard" qazanmısızsa, çox da tələb olunmur. Amma vizanı alarkən səfirliyə göstərməyə kömək olur ki, bu pul mənə yetəcək. Əksər hallarda gedənlər ağır işdən başlayırlar. İngilis diliniz yüksək səviyyədədirsə və xaricdə təhsil almısınızsa, IT sahəsində iş tapmaq olur. Digər sahələrdə iş tapmaq çətin olduğu üçün insanlar kuryer, ofisiant kimi ağır işlərdən başlayır. Daha sonra daha yaxşı işlərə keçir və ya öz işini qururlar".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
big.az

2Mənbələr