AZ

"Çelsi" Lukakuya qiymət qoydu

"Roma"da icarə əsasında çıxış edən "Çelsi"nin belçikalı hücumçusu Romelu Lukakunun yayda komanda dəyişməsi ehtimalı var.

90deqiqe.Az  xəbər verir ki, London klubu 30 yaşlı forvardı yay transfer pəncərəsi zamanı satmağa hazırdır. "Zadəganlar" Belçika millisinin forvardı üçün 38 milyon funt-sterlinq istəyəcək.

Əvvəllər "Napoli"nin və Səudiyyə Ərəbistanı komandalarının Lukakunun xidmətində maraqlı olduğu barədə məlumatlar var idi.

Lukaku paytaxt klubunda 30 oyuna çıxıb, 12 dəqiq zərbə və üç məhsuldar ötürmə ilə yadda qalıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
90deqiqe.az

1Mənbələr