AZ

Dördüncü dəfə mövsümün ən yaxşı müdafiəçisi seçilən basketbolçu rekordu təkrarlayıb

Dördüncü dəfə mövsümün ən yaxşı müdafiəçisi seçilən basketbolçu rekordu təkrarlayıb



 16:15 08.05.2024     201

"Minnesota" klubunun oyunçusu Rudi Qober Milli Basketbol Assosiasiyasında (NBA) ilin ən yaxşı müdafiəçisi seçilərək liqa rekordunu təkrarlayıb.

Demedia.az-ın məlumatına görə, 31 yaşlı fransalı idmançı 433 xalla bütün rəqiblərini qabaqlayıb.

2018, 2019 və 2021-ci illərdə də bu mükafata sahib çıxan Qober dördüncü dəfə ən yaxşı adına layiq görülüb.

Daha əvvəl NBA-da Dikembe Mutombo və Ben Uolles 4 dəfə mövsümün müdafiəçisi seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
demedia.az

1Mənbələr